Search
Citi bank

Nəhəng bank 11 ölkədən çıxır

ABŞ-ın üçüncü böyük bankı Citigroup 11 ölkədə fərdi bankçılıqdan çıxacağını açıqlayıb. 

Bu ölkələrin arasında Yaponiya, Misir, Çex Respublikası və Macarıstan var. Bundan başqa bank 6 Cənubi Amerika ölkəsindən də çıxacaq. 

ABŞ-ın üçüncü böyük bankı Citigroup bu ilin üçüncü rübündə bir səhmə 1.07 dollar mənfəət açıqlayıb. Bankın problemli aktivlər portfelində daha yaxşı nəticələr əldə etməsi səbəbi ilə, bankın nizamlanmış xalis mənfəəti də 13% artaraq bir səhmə 1.15 dollar, yəni cəmi 3.67 milyard dollar təşkil edib. Bankın nizamlanmış xalis mənfəəti keçən ilin eyni dövründə 3.26 milyard dollar olmuşdu. Citigroupun səhmləri maliyyə məlumatlarının açıqlanmasından sonra  2.2% yüksəlib.

marja.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir