Search
photo_16799

Yeni texnologiya gözdən əlil insanlara dünyanı “görməyə” imkan verəcək

“Microsoft” korporasiyası “Microsoft Build 2016” konfransı çərçivəsində təsvirin tanınması üzrə yeni texnologiya nümayiş etdirib. Yeni texnologiya zəif görən və gözdən əlil insanlar üçün hazırlanıb.

“Microsoft”un yeni həlli fotokamera ilə təchiz edilmiş “ağıllı” eynəkdən (məsələn, “PivotHead”) istifadəni nəzərdə tutur. Xüsusi mobil proqram cari anda kameranın görünüş sahəsinə düşən təsviri tanımağa və onu səsli mesaja interpretasiya etməyə imkan verir.

Proqram təminatı “Microsoft”un zəif görən mühəndisi tərəfindən hazırlanıb. Yeni texnologiya yalnız təsviri deyil, həmçinin kadra düşmüş insanların yaşını və sifətindəki ifadəni tanımağa imkan verəcək.

Eurasiadiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir