Search
.evrolet

Yeni Şevroletdən xəbər var

Avtomobil “Kadillak ATS” və “CTS” ilə eyni platformada yığılacaq. 

“General Motors” şirkəti rəsmi şəkildə gələn ilin 5-ci nəsil “Şevrolet Kamaro” üçün son olacağını bildirib. Artıq 2016-cı ildə modelin 6-cı nəsli bazara çıxacaq və çox güman ki, yeni avtomobilin prototipi Detroytda keçiriləcək beynəlxalq avtosalonda nümayiş olunacaq.

Avtomobil “Kadillak ATS” və “CTS” ilə eyni platformada yığılacağı bildirilib. Kifayət qədər texniki yeniliklərə baxmayaraq, avtomobilin eksteryerində böyük bir dəyişiklik olmayacaq.

Yeni “Kamaro” “General Motors”un Miçiqandakı zavodunda istehsal ediləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir