Search
trackr-tags-100628061-orig-422x280

Yeni Brend İzləmə Metodu – Bu cihazla itirilmiş əşyalarınızı tapma imkanı əldə edin!

Heç alış-verişə gedərkən öz maşınınızı harda saxladığınızı unutmusunuzmu?

Texnologiya sizin bu bezdirici probleminizi həll edir. iPhone və Android mobil telefonlar üçün hazırlanan kiçik cihaz sizə dəqiqliklə nə axtardığınızı göstərir.

TrackR adlandırılan bu cihazla bizimçün vacib olan əşyalarımızı izləyə bilərik. Bunun üçün nazik batareyanı TrackR-də quraşdırmaq və sonra iPhone yaxud Android üçün proqramı yükləmək lazımdır. Cihazla proqramı əlaqələndirdikdən sonra 5 dəqiqədən çox olmayan müddətdə nə izlədiyinizi tapa bilərsiniz.

Düşünək ki, siz öz maşınınızı izləmək istəyirsiniz. Sadəcə olaraq bu kiçik cihazı döşəmə örtüyünün altında və ya baqajda gizlədin (Elə bir yerdə ki, maşınınız oğurlandığı halda tapılmasın). Əgər siz maşınınızın yerini bilmək istəyirsinizsə smartfonla asanlıqla maşınınızı tapa bilərsiniz. Ehtiyacınız olan tək iş bu proqrama daxil olub “cihazı tap” ikonuna basaraq, TrackR-in ən son harda göründüyünü və koordinatlarını tapa bilərsiniz.

Qeyd edək ki, bu cihazı siz açarlarınıza, maşınlarınıza, pul kisəsinizə, bahalı elektronik əşyalarınıza da əlavə edə bilərsiniz.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir