Search
1454579275226805971_554x360

Yaxın vaxtlarda bankların lisenziyalarının geri çağırılması gözlənilmir

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”dan başqa hazırda digər bankların lisenziyalarının geri çağırılması və ya inzibatçıların təyin edilməsi imkanlarını nəzərdən keçirmir. Bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün mətbuat konfransında deyib. Onun sözlərinə görə, Palata ölkənin bütün 37 bankında preventiv rejimdə vəziyyətə nəzarət edir və stress-testlər keçirir. R.Aslanlı qeyd edib ki, Palata bankların institusional və maliyyə baxımından yarana biləcək istənilən probleminə hazırdır: “Hökumət belə məsələləri preventiv qaydada həll etmək üçün zəruri maliyyə və inzibati resurslara malikdir”.

Mənbə: Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir