Search
086bef7b9724b85b5a507d79873d54e6_XL

Xəzər bunu ikinci dəfə etdi

Xəzər dənizi akvatoriyasında estakadalar üzərində külək elektrik stansiyasının tikintisi ildə təqribən 200 min kubmetr qaza qənaət etməyə imkan verəcək. Bunu jurnalistlərə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov deyib. Agentlik rəhbərinin sözlərinə görə, bu layihə “Neft Daşları” kimi dünyada birinci olacaq.

O bildirib: “Biz əvvəllər estakadalardan istifadə etmədən suda elektrik stansiyası tikməyi düşünürdük. Lakin bu halda layihənin dəyəri bir milyard manatdan çox təşkil edərdi. Elektrik stansiyasının estakadalar üzərində tikilməsi təxminən 500-550 milyon manata qənaət etməyə imkan verəcək. Bir neçə Çin şirkəti layihəyə cəlb edilib”.

Mənbə: Trend




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir