Search
xs

“Xalq Sığorta”nın İSB-dəki depoziti geri qaytarılıb

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı “Xalq Sığorta”nın İcbari Sığorta Bürosunda (İSB) saxladığı depozit geri qaytarılıb. Bu barədə fins.az-a İSB-dən məlumat verilib. Xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin 25 noyabr tarixli məktubuna əsasən “Xalq Sığorta” ASC-nin Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növünün  aparılmasına verilmiş icazəsinin könüllü qaydada  ləğv edilməsi ilə əlaqədar olaraq şirkət İSB-nin icbari sığorta növünə münasibətdə Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb. Bununla əlaqədar olaraq qeyd olunan icbari sığorta növü üzrə “Xalq Sığorta” ASC tərəfindən İcbari Sığorta Bürosuna ödənilmiş 100 min manat məbləğində  təminat depoziti də 27 fevral 2014-cü il tarixində geri qaytarılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir