Search
VTB_Bank_Logo_Albom_110712

VTB nağd kreditlər üzrə faizləri endirdi

VTB (Azərbaycan) 11 000 manatadək olan girovsuz nağd kreditlər üzrə illik faiz dərəcələrini aşağı salınmasına dair aksiya keçirir. Aksiya 2014-cü ilin avqustun 1-dək davam edəcəkdir. 

Aksiya çərçivəsində illik faiz dərəcəsi 2 bənd aşağı salınmışdır. Beləliklə, hər kəs iş yerindən arayış və şəxsiyyəti təsdiq edən sənədə əsasən illik faiz dərəcəsi  – 26 % olmaqla nağd kreditlər əldə edə bilər. Kreditin minimal məbləği 300 manat, kreditin müddəti isə 6 aydan 36 ayadəkdir.

Xatırladaq ki, Bank (VTB) Azərbaycan ASC-nin 11 000 manatadək olan nağd kreditlərin verilməsində  müştərilərin sığortalanmasını ləğv etmişdir. Belə ki, Bank VTB (Azərbaycan) ASC-dən nağd kredit almaq üçün borcalanın həyat və əmək qabiliyyətinin sığortalanmasına ehtiyac yoxdur. Kreditlər üzrə sığortanın aradan qaldırılması borcalanın xərclərini xeyli azaldır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir