Search
87002

“VTB Bank” Telman İsmayılovun müflis elan edilməsinə nail olub – 286 mln. dollar

Rusiyanın Arbitraj Məhkəməsi “Bank Moskva”ın (VTB Bankın törəmə bankı) 2015-ci ildə Telman İsmayılovun borcunun restruktruzasiyası üzrə iddiasına yenidən baxaraq təsdiqləyib və prosesin necə aparılacağı ilə bağlı qərar verib.

Qeyd edək ki, 2015-ci ildə Telman İsmayılovun müflis elan edilməsi qərarı 2016-cı ilin martında apelyasiya müraciətindən sonra ləğv edilmişdi.

Hazırda “ACT” şirkətlər qrupununun rəhbərinin sözügedən banka 17,4 mlrd. rubl (269 mln. dollar) həcmində borcu var. Qərara əsasən, bu borcun qaytarılma planı isə 15 dekabr 2016-cı il tarixində müəyyənləşdiriləcək.

Ümumilikdə isə “Bank Moskva” Telman İsmayılovdan cərimələr və faizlər daxil olmaqla 286,4 mln. dollar tələb edib.

Rusiyanın “VTB Bank”ı tərəfindən yayılan məlumata əsasən, Telman İsmayılovun “Bank Moskva” qarşısında olan bütün öhdəliklərinin yerinə yetirilməsi tam qanuna uyğun olaraq həyata keçiriləcəkdir.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir