Search
04a837a9c53830e81671cfec780a7ea7_XL

VTB (Azərbaycan) ödəniş kartlarını pulsuz etdi

Bank VTB (Azərbaycan) ölkədə nağdsız ödənişlərin dövriyyəsinin artırılması və stimullaşdırılması məqsədilə 2014-cü ilin mayın 1-dən plastik kartların pulsuz rəsmiləşdirilməsinə başlayır.

Bankdan  “Marja”ya daxil olmuş məlumata görə, Bank VTB (Azərbaycan) ASC-nin plastik kartına sahib olmaq istəyən hər kəs cari ilin avqustun 1-dək şəxsiyyəti təsdiq edən sənədlər əsasında “VISA Classic” səviyyəli ödəniş kartını pulsuz əldə edə bilər, həmçinin “VISA Gold” kartını cəmi 5 manata ala bilər.

“DÖVLƏT SİYASƏTİNİ DƏSTƏKLƏYİRİK”

Bank VTB (Azərbaycan) ASC-nin Ödəniş kartları İdarəsinin rəisi Ulyana Əlixanova: “Turist səfərləri, internetdə alış-veriş, kommunal ödənişlərin həyata keçirilməsi üçün ödəniş kartının mövcudluğu müasir insan üçün vacibdir. Bizim bank nağdsız ödənişlərin stimullaşdırılması üzrə dövlət siyasətini dəstəkləyir və müştərilər üçün xidmətin yaxşılaşdırılmasına çalışır. Bütün ticarət və xidmət mərkəzləri ödəniş terminalları ilə təchiz olunduğundan istehlakçılar ödəniş kartlarının rahatlığını dəyərləndirmişlər və “Sizin VTB kartınız” aksiyası uğur qazanacaqdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir