Search
VTB bank filial

VTB (Azərbaycan) Bankı paytaxtdan kənarda ilk filialını açıb

Sentyabrın 17-də VTB (Azərbaycan) Bankının Xırdalan şəhərində yeni filialının açılış mərasimi keçirildi. Bankdanverilən məlumata görə, Mehdi Hüseynzadə küç., 2 A ünvanında fəaliyyətə başlayan Xırdalan filialı əhaliyə və iş adamlarına geniş çeşidli bank məhsulları təklif edəcək, fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmət göstərəcək.

Filialın təntənəli açılış mərasimində Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, VTB Qrupun və “Ataholdinq”-in nümayəndələri, mötəbər qonaq qismində isə Rusiya Federasiyasının Azərbaycandakı səlahiyyətli səfiri Vladimir Doroxin iştirak etmişdir.

“Biz əminik ki, Bank VTB (Azərbaycan) Xırdalan şəhərinin həyatında fəal iştirak edəcək. Filialı açmaqla biz, sürətlə inkişaf edən Xırdalanda istər korporativ müştərilərə, istərsə də əhaliyə ən müasir bank xidmətləri təklif etmək niyyətindəyik”, deyə, Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirmişdir.

Sayca Bankın 10-cu filialı olan Xırdalan filialını açmaqla VTB(Azərbaycan) Bankı öz fəaliyyətini Bakıdan kənarda genişləndirməyə başlayır. VTB (Azərbaycan) Bankı yaxın perspektivdə ölkənin digər şəhər və regional mərkəzlərində çoxsaylı filiallar açaraq müştərilərinin xidmətinə vermək niyyətindədir.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 10 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir