Search
unibank logo_0

“Unibank”dan yeni müştərilərə Manatla kredit ayrılma şərtləri

Xəbər verdiyimiz kimi, bir sıra banklar kimi “Unibank ASC-də yeni müştərilərə Manatla kredit ayırmağı bərpa edib.

Hal-hazırda Unibankda kredit tarixçəsinə malik olmayan yeni müştərilər üçün, yaş həddi 20-60 (kreditin bitmə tarixi) və son iş yerində staj minimal 12 ay təşkil etməli, təkrar müştərilər üçün isə yaş həddi 20-65 (kreditin bitmə tarixinə) və son iş yerində minimal iş stajı 6 ay olmalıdır.

Hər iki halda minimal əmək haqqı 410 AZN təşkil etməlidir. Kreditin müddəti 3-24 ay, kreditin məbləği isə 300-5000 AZN arası müəyyən olunur.

Kredit üzrə illik faiz dərəcəsi 29% təşkil edir.

Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının, yeni və təkara müştəri olmasından asılı olaraq son 12 və 6 ay çıxarışı ya da elektron arayış ola bilər.

Kreditin ayrılması və ayrılacaq məbləğ, aylıq gəlirlər və kredit tarixçəsi təhlil olunduqdan sonra təhlilə əsasən Bank-da müəyyən olunacaq.

Qeyd edək ki, minimal əmək haqqı 410 AZN təşkil etməsinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni kredit tələbləri əsasında müəyyən olunduğu bildirilir.

Mənbə: Marja




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir