unitransfer

“Unibank” öz pulköçürmə sistemini yaratdı

Unibank “Unitransfer” adlı daxili  pulköçürmə sistemini istifadəyə verib. “Unitransfer”  in üstünlüyü, müştərilərə  Unibank-ın eyni şəhərdəki filialları arası və  yaxud bir şəhərdə yerləşən filialından digər şəhərdə yerləşən filialına ən qısa müddətdə pul köçürmə imkanı verməsi ilə yanaşı, hesab açılmamasıdır. Yəni köçürmə adi qaydada, ad, soyad, ata adı və kodəsasında olacaq. Adına pul köçürülən şəxs əməliyyatdan cəmi bir neçə dəqiqə sonra,sadəcə şəxsiyyət vəsiqəsini təqdim etməklə, istənilən Unibank filialından pulu götürə biləcək.

“Unitransfer”lə 4 valyutada – manat, dollar, avro və rublda pul köçürmək mümkün olacaq. Köçürməyə görə vəsaitin 0.4%-i  (minimum 2 AZN/USD/EUR,  200 RUB)  həcmində komissiya tutulacaq. İlk mərhələdə yalnız Unibank daxilində fəaliyyət göstərən pulköçürmə sisteminin gələcəkdə digər banklarda da istifadəsi nəzərdə tutulur.

Dünyanın ən məhşur və etibarlı pulköçürmə sistemlərinə qoşulan Unibank, 10 pulköçürmə sistemi vasitəsi ilə müştərilərinə xidmət göstərməkdədir. Bank hazırda geniş xidmət şəbəkəsinə malik “Zolotaya Korona”, “Contact” , “Western Union” , “Faster”,“LİDER”, “BLİZKO”, “PrivatMoney”, UPTkimi nüfuzlu təcili pul köçürmə sistemləri üzrə də xidmət göstərərək,ABŞ dolları , Avro və Rusiya rublu ilə əməliyyatlar həyata keçirir.

Beynəlxalq pul köçürmələri sistemləri ilə əməkdaşlığını ildən-ilə dərinləşdirən Unibank, pul köçürmə xidmətlərini genişləndirmək üzrə ölkə maliyyə qurumları sırasında ilk yerlərdədir. Bu sistemlər dünyanın 190 ölkəsindən çoxunda fəaliyyət göstərərək, ümumilikdə 500 min təcili qəbul və göndəriş məntəqəsini birləşdirir. Onlardan hər biri pul köçürmələrini tez, rahat və etibarlı şəkildə, istiqamətindən və xidmət məntəqəsindən asılı olmayaraq 0,2%-dən başlayan tariflərlə həyata keçirməyə imkan verir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank-hər kəsin bankı

Unibank создал собственную систему денежных переводов.

Unibank запустил собственную  систему денежных переводов для использования внутри страны,   под названием «Unitransfer». Преимущество данной системы заключается не только в более скором межбанковском переводе,  как внутри одного, так и разных городов, но  еще и в отсутствии необходимости открытия счета для получения денег. Т.е. для осуществления перевода достаточно указать имя, фамилию, отчество  и код получателя. Получатель сможет забрать деньги буквально в течение нескольких минут после отправки, в любом филиале Unibanka. Система денежных переводов «Unitransfer»позволяет перевести деньги в четырех валютах- манатах, долларах, евро и рублях. Комиссия для перевода составляет 0,4% от общей суммы ( минимум 2 АЗН/USD/euro, 200 RUB)

На начальном этапе данная система будет функционировать внутри филиалов Unibank. В дальнейшем планируется его использование и в других банках.

Стоит отметить, что Unibank оказывает своим клиентам услуги денежных переводов посредством 10 систем: “Золотая Корона”, “Contact”, “Western Union”, “Faster” , “LİDER”, “BLİZKO”, “PrivatMoney”, UPT и другие. Переводы могут осуществляться как в долларах США, так и в Евро или в рублях

Расширяя, с каждым годом, свое сотрудничество с международными системами денежных переводов, Unibank, занимает передовые позиции среди финансовых структур страны, предоставляющих услуги в этом направлении. Данные системы действуют в более чем 190 странах мира и объединяют в целом 500 тыс. пунктов быстрого приема и отправки денег. Каждая из них позволяет осуществлять денежные переводы быстро, удобно и надежно по тарифам, начинающимся от 0,2%, независимо от направления и пункта оказания услуг.

За более подробной информацией можете обращаться по телефону (012) 117, на сайте банка по адресу www.unibank.az , либо на официальных страницах  банка в Фейсбук и Твиттер (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ).

Unibank – банк для всех и каждого.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir