Search
f69f7671-e551-4466-b7a4-8eb066a9f4f5

“Unibank” dollar əmanətlərini ucuzlaşdırıb

“Unibank” ASC ABŞ dolları ilə qəbul etdiyi əmanətlərin faiz dərəcələrini azaldıb. Bu barədə Bankdan bildirilib.

Məsələn, əgər indiyə qədər dollarla yerləşdirilmiş sığortasız əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq illik 5,5-6% dividend ödənilirdisə, hazırda illik faizlər 4,5-5%-dir. Sığortalı dollar əmanətlərinin illik gəlirliliyi isə dəyişməyib. Bu növ əmanətlərə görə illik 3% divident ödənilir.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “MBank” və 1994-cü ildən möcvud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Bankın nizamnamə kapitalı 70 565 232 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2,72 manat olan 20 796 000 adi və 5 147 100 imtiyazlı səhm əsasında formalaşıb.

Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 15,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 8,33%-i Almaniyanın “DEG” investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 15,2%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.

Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir