Search
futbol

“Unibank” “Albalı Plus” Kuboku uğrunda futbol çempionatı keçirir

 “Albalı Plus” Kuboku uğrunda Futbol Çempionatına bankın əməkdaşlarından ibarət komandalarla yanaşı, “Albalı Plus” (“Albalı”) kartının tərəfdaşları da qatılıb.

 “Unibank” öz partnyorlarına yalnız biznes tərəfdaşı olaraq deyil, hər zaman dost kimi yanaşıb. Bank daim birgə layihələr, tədbirlər keçirərək, bu dostluq münasibətlərini daha da dərinləşdirməyə çalışır.

 “Albalı Plus” Kuboku uğrunda Futbol Çempionatında 10-dan artıq şirkətin komandası iştirak edir. Çempionat olimpiya sistemi, yəni uduzan çıxdı qaydası ilə keçiriləcək. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunacaq. Qalib gələn komandaları kubok və medallarla yanaşı, pul mükafatı gözləyir. Çempionatın ən çox qol vurmuş oyunçusuna da xüsusi hədiyyə təqdim olunacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir