Search
e83bf3e4c1f4bfb20c44f5e6afa105c1

Türkiyəli hakerlər Ermənistanın dövlət saytlarını dağıtdı

Türkiyəli haker qrupu Ermənistan dövlət orqanlarının internet saytlarına hücum edib.

APA TV-nin İHA-ya istinadən xəbərinə görə, “Aslan Neferler Tim” adlı haker qrupu düşmən ölkənin Baş Qərargah İdarəsi, Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və başqa dövlət saytlarına kiber hücum həyata keçirib.

Adı Belçikanın dövlət saytlarını dağıtmaqda hallanan qrup Azərbaycan-Ermənistan müharibəsində Azərbaycana dəstək olmaq üçün bu işi gördüyünü açıqlayıb. “Aslan Neferler Tim” sosial şəbəkə hesablarından yaydığı açıqlamada Ermənistana yönələn hücumların artaraq davam edəcəyini qeyd edib.

Mənbə: Banker.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir