Search
turan-bank

TuranBankın aktivləri 445,5 mln. manat təşkil etmişdir

31 oktyabr 2015-ci ilin tarixinə TuranBankın aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 53%, ilin əvvəlinə nisbətən isə 39% artaraq 445,5 mln. manat təşkil etmişdir. Bankın kredit portfeli isə ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 15%, ilin əvvəlindən isə 14% artaraq 251,9 mln. manata çatmışdır.

31 oktyabr 2015-ci il tarixinə Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50%, ilin əvvəlinə nisbətən isə 41% artaraq 203,1 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 28,3%, cari ilin əvvəli ilə müqayisədə isə 21,7% artaraq 87,8 mln. manat olmuşdur.

31 oktyabr 2015-ci il tarixinə Bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 53,2 mln. manat təşkil etmişdir.

2015-ci ilin yanvar-oktyabr aylarının fəaliyyətinin nəticələrinə əsasən Bankın gəlirləri 29,8 mln. manat, xərcləri isə 29,1 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın mənfəəti 650 min manat olmuşdur.

Bank müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə Bank vətəndaşlara “Elektron arayış”dan istifadə etməklə vaxt itirmədən krediti operativ şəkildə almaq imkanı yaratmışdır. Bununla yanaşı, müştərilərə Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirilən layihə çərçivəsində Bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradılmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini Bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər. Bankın müştəriləri, həmçinin MilliÖN (PayPoint) və eManat terminalları vasitəsilə də kredit borclarını ödəmək imkanına malikdirlər

Bank, müştərilərinə “Sirlər Xəzinəsi” adı altında yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) və 15 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı onun saytından,  https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya Bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

– See more at: http://www.turanbank.az/bizim-bank/bank-xbrlri/3732/#sthash.cUbtVK0w.dpuf




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir