Search
post emanet

TuranBank yeni əmanət kampaniyasına başlamışdır

TuranBankın “Pullarınız yerində saymasın” şüarı altında keçirilən yeni əmanət kampaniyası Bankın yeni müştərilərinin depozitlərini daha gəlirli edir. Cari ilin sonunacan davam edəcək aksiya zamanı Bankın “Sirlər Xəzinəsi” məhsulları içərisində ən gəlirli əmanət növü olan Xəzinə depozitinə yerləşdirilən vəsaitlər öz sahibinə illik 14,5% gəlir gətirəcək.

TuranBankın yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərinin üstünlükləri sırasında əmanətçilərə pulsuz MasterCard plastik kartının verilməsini, əmanət üzrə məbləğin 90%-i həcmində sərfəli faizlə kredit əldə etmək imkanını, faizləri aylıq, rüblük və ya müddətin sonunda almaq imkanını, əmanəti manat, ABŞ dolları və ya Avroda yerləşdirmək imkanını göstərmək olar.

Cari ilin 8 ayının yekunlarına görə TuranBankın depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 66,8 milyon manat təşkil etmişdir.

TuranBank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, “Gözünüz aydın!” aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün “Kiçik Həcmli İstehlak”, “Müəllim”, “Səhiyyə”, “Hərbçi” və “Təqaüdçü” kreditlərinin illik faizlərini endirmişdir. Adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə TuranBank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 15 xidmət nöqtəsi (onlardan 8-i regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad və Qazaxda olmaqla) və 17 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.Turanbank.az aytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar. 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir