Search
951e16ece0067bb0801f511b0cff18c9_XL

“TuranBank” Böyük Britaniya şirkəti ilə müqavilə imzalayıb – yeni xidmət təklif olunur

TuranBank Böyük Britaniyanın TaxFree4U şirkəti ilə imzaladığı müqavilə çərçivəsində müştərilərinə Tax Free xidmətini təklif edir.
TuranBank yaydığı məlumatda bildirilir ki, Bankın təklif etdiyi bu xidmət ən aşağı komisyon haqqı müqabilində müştərilərin Avropada etdikləri alış-verişlər üzrə tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) qısa zaman ərzində geriyə qaytarılmasını təmin edir.
Bu xidmət vasitəsilə Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya kimi dövlətlərə səfər etmiş Bank müştəriləri həmin ölkələrdə alış-veriş zamanı ödədikləri ƏDV 19%-dək hissəsini operativ şəkildə geri almaq imkanı qazanırlar.
Xidmət haqqında daha geniş məlumatı Bankın saytında əldə etmək mümkündür: http://turanbank.az/ferdi-bankchiliq/plastik-kartlar/tax-free/
Turan Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir