Search
maxresdefault

Tezliklə ödəniş terminallarında bank kartlarıyla ödəniş edə biləcəyik

Yaxın vaxtlarda Milliön ödəniş terminallarında bank kartlarından istifadə etmək mümkün olacaq. Bu barədə terminalların idarə edilməsi ilə məşğul olan Komtec şirkətinin icraçı direktoru Samir Şirinov bildirib. Onun sözlərinə görə, artıq yeni sistem uğurla sınaqdan keçirilib və may ayından etibarən onun tətbiqinə başlanacaq. İstifadəçilər bank hesablarından müxtəlif xidmətlərin dəyərini ödəyə biləcəklər.

Xatırladaq ki, Milliön terminalları vasitəsilə kommunal xidmətlər, stasionar və mobil rabitə xidmətləri, internet, kabel televiziyası, bank kreditləri və s. ödənişləri etmək mümkündür. Bu terminallar sayı təxminən 5 min olmaqla biznes mərkəzləri, vağzal və aeroportların gözləmə zalları, ticarət mərkəzləri ilə ictimai yerlərdə quraşdırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir