Search
1442470170_3

Tarixdə bugün

2001-ci il. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi ləğv edilərək onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 

Bu nazirlik Azərbaycan ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycanda hər il mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

1040-cı il. Dəndənəkan döyüşü baş verib. Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuq və Qəznəvilər dövlətləri arasında baş verən döyüşdə səlcuqlar qalib gəliblər.

1846-cı il. Meksika ABŞ-a müharibə elan edib. Nəticədə məğlub olan Meksika 1847-ci ildə sülhə razılıq verib və 1848-ci ildə ABŞ ilə müqavilə imzalanıb. Müqavilənin şərtlərinə Meksikanın 55 faizinin (Texas, Yuxarı Kaliforniya və s. ərazilərin) ABŞ-a verilməsi daxil idi.

1904-cü il. Avstriyanın paytaxtı Vyana şəhərində yunan-Roma güləşi üzrə ilk dünya çempionatı keçirilib. Yarışda iki çəki dərəcəsində 26 atlet mübarizə aparıb. Yunan-Roma güləşi üzrə ilk dünya çempionları isveçli Severin Alkvist (75 kiloqrama qədər) və avstriyalı Rudolf Arnold (75 kiloqramdan yuxarı) olublar.

1988-ci il. Dünya şöhrətli futbolçu Mişel Platini karyerasını sona çatdırıb.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir