Search
enhanced-buzz-22669-1368589003-4

Tarixdə bugün

14633705541682412180_1000x6692015-ci il. İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılıb.

Filialın yaradılmasında məqsəd Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, həmçinin ölkə vətəndaşlarının Rusiyanın tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasıdır.

02_Oscar1929-cu il. ABŞ-ın Hollivud şəhərində ilk dəfə “Oscar” mükafatı təqdim olunub.Kinematoqrafiya Sənət və Elm Akademiyasının bu mükafatının ilk təqdimat mərasimi 270 nəfərin iştirakı ilə 15 dəqiqə davam edib. Həmin gün aktyorlara və aktrisalara, rejissorlara, kino sənayesinin digər nümayəndələrinə 15 mükafat təqdim edilib.

03_Junko Tabei

1975-ci il. Dünyanın ən güclü alpinistlərindən biri olan yaponiyalı Junko Tabei Everest zirvəsini fəth edən ilk qadın kimi tarixə düşüb.

04_Fransa-B.Britaniya - sazish

1916-cı il. Fransa və Böyük Britaniya arasında Yaxın Şərqdəki türk koloniyalarının bölüşdürülməsi haqqında gizli saziş imzalanıb.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir