Search
31-may

Tarixdə 31 may

1988-ci il. Ümumdünya Səhiyyə Təşkilatının Assambleyası 31 mayı Ümumdünya Tütünlə Mübarizə Günü elan edib.

1920-ci il. Görkəmli ictimai-siyasi və dövlət xadimi, publisist Nəsib bəy Yusifbəyli qətlə yetirilib. Nəsib bəy Yusifbəyli Azərbaycan Xalq Cümhuriyyəti hökumətində müxtəlif dövrlərdə maarif naziri, Baş nazir, eləcə də daxili işlər naziri vəzifələrini tutub. 1920-ci ildə Azərbaycanda kommunist rejimi qurulduqdan sonra Nəsib bəy təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək üçün Bakını tərk edib. 1920-ci il mayın 30-da Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilib.

1920-ci il. Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlayan üsyan qəddarlıqla yatırılıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyli rəhbərlik edirdi. Üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rus ordusuna kömək göstəriblər.

1922-ci il. Görkəmli Azərbaycan xanəndəsi, Xalq Artisti Sara Qədimovanın doğum günü (1922-2005). Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu “Bayatı-Şiraz”, “Şur”, “Şahnaz”, “Qatar”, “Mahur-hindi”, “Xaric segah” muğamları, müxtəlif Azərbaycan xalq mahnıları bu gün də sevilə-sevilə dinlənilir.

1868-ci il. Paris ətrafında, Sen-Klu parkında dünyada ilk dəfə velosiped yürüşü keçirilib. 2000 metr məsafəyə yürüşdə ingilis C.Mur qalib gəlib.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir