Search
Semed

Tanınmış hüquqşünas Fəxri fərmanla təltif edilib

“Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq eksperti, tanınmış hüquqşünas, təcrübəli vəkil – Səməd Mustafa oğlu Vəkilovun Cəmiyyətimizin hüquqi maarifləndirilməsi sahəsində müstəsna xidmətləri vardır.

Qeyd edək ki, Səməd Vəkilov eyni zamanda taraz.az saytının oxucularına hüquqi ekspert kimi təmənnasız konsultasiya xidməti göstərir.

Əldə etdiyimiz məlumata görə “Azərbaycan Aləmi” Mədəniyyət Mərkəzinin rəhbəri Şəhla Bayat Səməd Vəkilovu Qeyri – Maddi Mədəni İrsin hüquqi qorunması sahəsindəki apardığı tədqiqatlara görə Fəxri fərmanla təltif etmişdir.

taraz.az saytının işçi heyəti və çoxsaylı oxucularımız adından Səməd müəllimi təbrik edir və ona peşəkar fəaliyyətində uğurlar arzu edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir