Search
photo_25881

Tacikistan soyadlardakı slavyan sonluqlardan imtina edib

Tacikistan hakimiyyəti prezident Emoməli Rahmonun soyadlardakı slavyan sonluqlardan imtina edilməsi haqda təşəbbüsünü dəstəkləyib.

Tacikistanın “Avesta” agentliyi xəbər verir ki, bunu Respublika Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin rəis müavini Caloliddin Rahimov jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Məlumata görə, aprelin 29-dan etbarən dünyaya gələn körpələrə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində tacik sonluğu ilə soyadlar yazılacaq.

Dəyişikliklərə əsasən, “-zod”, “-iyn”, “-fər”, “-pur” və başqa bu kimi soyad sonluqları qəbul edilə bilər.

“Öz övladlarına “-ov”, “-yev” kimi soyad sonluqları götürmək istəyən valideynlərlə profilaktiki söhbətlər aparılacaq”, – deyə Caloliddin Rahimov vurğulayıb.

Qeyd edək ki, Tacikistan prezidenti Emoməli Rahmon 2007-ci ildə uyğun təşəbbüsü irəli sürərək, soyadının sonluğundakı “-ov” şəkilçisindən imtina edib.

Mənbə: Report




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir