Search
May27

Təqvimdə bugün

1992-ci il. Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul edib. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiqlənib.

1956-cı il. Azərbaycanın görkəmli şairi Səməd Vurğun vəfat edib (1906- 1956). S.Vurğun Azərbaycanın ilk Xalq Şairi, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb, iki dəfə Stalin mükafatı laureatı və iki dəfə “Lenin” ordeni kavaleri olub. Şair “Zəncinin arzuları”, “Aygün”, “Muğan”, “Zamanın bayraqdarı”, “Bakının dastanı” kimi poemaların, “Fərhad və Şirin” mənzum dramının, “Vaqif” dramının və digər məşhur əsərlərin müəllifidir. S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub.

1703-cü il. Çar I Pyotr tərəfindən Sankt-Peterburq şəhərinin əsası qoyulub. Sankt-Peterburq 1712-1918-ci illərdə Rusiya dövlətinin paytaxtı olub. Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəri, Rusiyanın Şimal-Qərb federal dairəsinin inzibati mərkəzidir. Əhalisi bir milyondan çox olan və şimalda yerləşən yeganə şəhərdir. Avropa şəhərləri arasında əhalisinə görə üçüncü yerdədir. 1990-cı ildə Sankt-Peterburq UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilib.

Mənbə: Azərtac


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir