Search
714983_483082

Supermarketdən nələri almaq olmaz? ARAŞDIRMA

Supermarketlər bizim gündəlik həyatımızın ayrılmaz parçasına çevrilib. Günü-gündən böyüyən marketlərdə ən müxtəlif növ və çeşiddə ərzaqlara rast gəlinir. Bunların bəzisi isə hazır qidalar olmaqla həyatımızı daha da yüngülləşdirir. Ancaq işimizi asanlaşdıran bu məhsulların gələcəyimizi necə çətinləşdirdiyini yəqin az adam bilir.
Biz bu gün sizlərə supermarketlərdən nələri almağın orqanizm üçün həyati təhlükə daşıdığı barədə məlumat verəcəyik.
ÖLÜMCÜL TƏHLÜKƏLİDİR
Tez hazırlanan məhsullar
Tez hazırlanan əriştə, toz şəklində şorbalar, kartof püreləri, bulyon kubikləri, «Yupi», «Zuko» və sair tipli toz halında şirələr. Bütün bunlar tamamilə kimyəvi məhsullardır və insan orqanizminə çox zərəri var.
Hisə verilmiş kolbasalar və bu kimi məhsullar
Onların çoxunun tərkibində  genetik modifikasiyaya uğramış soya var.
Sosiskalar, sardelkalar, bişmiş kolbasalar, paştetlər və gizli yağları olan digər məhsullar. Onların  tərkibində salo, iç piyi, məhsulun çəkisinin 40 faizini təşkil edən, ancaq ət kimi göstərilən donuz dərisi, həmçinin gel (keratin, dad artıran, rəng artıran) olur.
Saxlama müddəti uzun olan süd məhsulları
2 həftədən artıq ömrü olan heç nəyi istifadə etmək olmaz.
Qarpızlar
Ən böyük giləmeyvəni yetişdirərkən o qədər dərman vurulur ki, mövsümlərarası zəhərlənmə üçün ən real namizəddir.
Bibər (mövsümündə olmayan)
Tam geni modifikasiyaya uğramış məhsul.
Qablaşdırılmış keks və ruletlər
Onlar qurumur, xarab olmur, ümumiyyətlə heç nə olmur. Bir ay qalsın, yenə eyni vəziyyətdə qalacaq.
Şokoladlar
90 faizi əslində şokolad deyil (əvəzedici boyadır). Şokoladlı batonçiklər – kimyəvi əlavələr, genetik modifikasiya olunmuş məhsullar, boyalar və aromatizatorlar, həmçinin şəkər əlavə olunmuş nəhəng kalori mənbəyidir və insanda daim onu yemək istəyir yaradır.
Xarici çaylar, aromatlaşdırılmış çaylar və bəzi yerli çaylarımız
İçində əlavəsi, əlavə dadı olmayan natural çay içmək lazımdır. Aromatlaşdırılmış bütün çaylar ya limon, ya portağal turşusu və ya başqa turşularla dadlandırılıb. İnsan dərhal bu çayın aludəçisinə çevrilir.
Rafinə olunmuş, dezodorasiya edilmiş bitki yağları
Bu məhsulu xam şəkildə salatlarda istifadə etmək qətiyyən olmaz. Belə yağlar  həzm sisteminin işini pisləşdirir.
Şirin qazlı içkilər
Şirin qazlı içkilər– şəkər, kimyəvi maddələr və zərrəli maddələrin bütün orqnizmdə yayılması üçün qazdan təşkil olunub. Məsələn, koka-kola pas və ərp üçün ən yaxşı vasitədir. Beldə maddəni orqanizmə ötürməzdən əvvəl yaxşıca düşünün. Bundan başqa  şirin qazlı içkilər yüksək şəkər miqdarına görə də çox zərərlidir. Bu səbəbdən belə içkilərdən 5 dəqiqə sonra yenə susamağınıza təəccüblənməyin.
Paketdə təbii şirələr
Hazırda söhbət heç bir əsl meyvə şirəsindən getmir. Ən azı uşaqlarınızı belə məhsullardan qoruyun. O, tamamilə kimyəvi maddələrdən təşkil olunub.
Qışda çiyələk
Tam faydasız məhsul. Bir dəfə belə olsa vitamini olmur.
ƏN ZƏRƏRLİ ƏLAVƏLƏR
Qlumat natrium
E-326 əlavəsi (qlumat natrium) olan məhsulları yemək olmaz. O, dad artırıcıdır. Hazırda onu ən gözlənilməz məhsullara da qatırlar ki, camaat ona aludə olsun. Bu səbəbdən diqqətli olun və mağazadan məhsul alarkən mütləq onun tərkibini oxuyun.
Şəkər əvəzedicilər
Güclü ödqovucu xüsusiyyətə malikdir. Bu məhsul ödündə problem olarların xəstəliyini artıra bilər. Qazlı içkilərdə isə şəkər əvəzediciləri çox adam ciddiyə almır. Amma çox nahaq yerə. «Sıfır kalolrili» suyun əvəzini prostat ödəyir.
Asesulfam – E950
Buna həm də Sweet One deyirlər. Bəd xassəli şişləri gücləndirən bu maddə ABŞ-da 1974-cü ildən bəri yavaş-yavaş təsir edən zəhər kimi tanınıb.
Aspartam – E951.
Kommersiya adı  svitl, Slastilin, Sukrazid, Nutrasividdir. 1985-ci ioldə aspartamın  kimyəvi sabitsizliyi müəyyən olunub: Qazlı suda 30 dərəcə selsidə  o formaldeqid (A sinifli konsrageni), metanol və fenilalaninə parçalanır.
Siklamat – E952.
1969-cu ildən bəri ABŞ, Fransa, böyük Britaniya və bir sıra başqa ölkələrdə qadağan edilib. Səbəbi insanlarda böyrəkçatışmazlığı yaradır. Keçmiş SSRİ ölkələrində isə aşağı qiymətinə görə geniş yayılıb.
Ksilit – E967
Özündə çoxatomlu spirti olan qida əlavəsi. Ona az miqdarda  müxtəlif meyvələrdə və bitkilərdə rast gəlinir. Bəzi məlumatlara görə, o,sidik kisəsi xərçəngi yaradır.
Sorbit – E420.
Çox miqdarda (bir qəbulda 30 qram) mədə pozğunluğu yaradır.
Bu bizim imtinasına tövsiyə etdiyimiz məhsullardan bəzisinin siyahısıdır. Bunu edib-etməmək isə sizin ixtiyarınızdadır. Ancaq unutmayın, seçiminiz nəinki əhval ruhiyyəninzə, həmçinin fiziki aktivliyinizə, sizin və uşaqlarınızın həyatına təsir edəcək.
FaktXəbər



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir