Search
sol

SOLITON-dan KREDİT: RAHAT, TEZ, ASAN

SOLITON-dan KREDİT: RAHAT, TEZ, ASAN

Azərbaycanda fəaliyyət göstərən Soliton Mağazalar Şəbəkəsi 2004-cü ildən etibarən istehlak kreditlərinin verilməsini həyata keçirir. Fəaliyyət göstərdiyi müddət ərzində Beko, Blomberg, Grundig, Casper və s. kimi məşhur dünya brendlərinin satışını reallaşdıran mağazamız, həmçinin, bu markaların kreditə verilməsini təşkil edərək hal-hazırda alıcılarının ümidlərini doğrultmaqdadır. Müştərilərimiz heç bir banka getmədən aldıqları malın kreditini dərhal mağazada rəsmiləşdirə bilərlər. Biz sizin üçün maliyyə cəhətdən sərbəst qalmağı təmin edən sərfəli kredit şərtlərini hazırlamışıq. Aşağıda göstərilən məlumatlarla tanış olduqdan sonra siz seçiminizi daha rahat qətiləşdirmə imkanına malik olacaqsınız.

1. Kreditin ümumi verilmə şərtləri:

a) İlkin ödəniş 10%-dən başlayaraq

b) Minimal kreditin məbləği 150 AZN

c) Maksimal kreditin məbləği 2500 AZN

d) Minimal kredit müddəti 3 ay

e) Maksimal kredit müddəti 18 ay

f) Yaş həddi 21 yaş- 62 yaş

2. Tələb olunan sənədlər:

Yeni müştərilər üçün:

a) İş yerindən arayış

  • Arayışın verilmə tarixi və qeydiyyat nömrəsi mütləq qeyd olunmalıdır
  • Arayışın üzərində arayış verən orqanın möhürü mütləq olmalıdır
  • Arayış alındıqdan 20 gün sonra etibarsız sayılır
  • Arayışda minimum iki məsul işçinin imzası mütləq olmalıdır
  • Arayışda müraciət edənin iş stajı, vəzifəsi və əmək haqqı qeyd olunmalıdır

b) Şəxsiyyət vəsiqəsi (Bakı qeydiyyatı və ya müvəqqəti qeydiyyatı təsdiq edən arayış)

Daimi müştərilər üçün:

a) Şəxsiyyət vəsiqəsi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir