Search
teknolojisiz-okullar1

Silikon Vadisində Yaşayanlar Niyə Uşaqlarını Texnologiyasız Məktəblərə Göndərir?

Silikon Vadisi başqa qanunlara tabedir. Burada işləyən insanların gecəsi-gündüzü texnologiya istehsal etmək və onları bütün dünyaya çatdırmaq olur. Lakin, bu yüksək səviyyəli biznesmenlər öz uşaqlarını texnologiyalarla təchiz olunmamış məktəblərə göndərməyə üstünlük verir. Ən son texnologiya ilə təchiz olunmuş dəbdəbəli təhsil müəssisələri yerinə, təhsil materiallarının köhnə üsullara uyğun – lövhə, təbaşir, dəftər, qələm, hörgü və tikiş sapları, rəngli boyalar, bəzən də palçıq olduğu “Waldorf” məktəblərini seçirlər. Bu məktəblərdə müəllimlər təhsili ənənəvi təbaşir və lövhə ilə aparır, şagirdlər də kağız və qələmlə yazılanları qeyd edir. Yəni, burada hər şey hal-hazırda trend olanlardan tamamilə fərqlidir.

New York Times qəzetinin apardığı bir araşdırma göstərir ki, Ebay’dən tutmuş, Google və Apple’ın rəhbərlərinə qədər – Silikon Vadisininbir çox əhəmiyyətli biznes insanları uşaqlarını kompüter olmayan məktəblərə göndərməyi üstün tutur. Waldorf əslində 100 illik təhsil sistemidir. Uşaqların sosial, emosional, zehni, ruhi və fiziki aspektlərdən hərtərəfli inkişaf etməsini hədəfi olaraq müəyyən edib. Waldorf’da uşaq bağçası siniflərində ipad’dən istifadə edilmir və uşaqlara texnologiya təqdim etmək əvəzinə, nağıllar danışılır, oyun əsaslı təlimlər verilir.

texnologiyasiz mektebler

Waldorf’un rəhbərləri texnologiyaya qarşı deyillər. Onlar sadəcə olaraq, hər şeyin öz vaxt və məkanının olması fikrini müdafiə edirlər. Valideynlər də bu fəlsəfəyə qoşulur. Məsələn, Google’da rəhbər vəzifələrindən birində işləyən Alan Eagle’ın məsələ ilə bağlı fikri belədir: “İpad’də hər hansı bir proqramın uşaqlara daha yaxşı oxu və ya hesab bacarığı verəcəyi fikri çox gülməlidir.”

Beşinci sinifə gedən qızının Google’dan necə istifadə etmək lazım olduğunu bilmədiyini, ondan bir qədər böyük olan oğlunun isə axtarış mühərrikini istifadə etməyə yeni başladığını bildirir. Amma, bunun əvəzinə hörgü hörməyi öyrəndiklərini, rəsm çəkdiklərini, öz corablarını tikə bildiklərini, qayçı və ya bıçaq istifadə etmək kimi kiçik əl bacarıqlarının inkişaf etdiyini də əlavə edir. Waldorf sisteminə görə, bu əhəmiyyətsiz kimi görünən kiçik bacarıqlar, fərdi inkişafı dəstəkləməklə, gələcəkdə problem həll etmə və riyaziyyat bacarığı kimi daha mücərrəd qabiliyyətlər üçün əsas yaradır. Məsələn, hörgü dərsləri riyazi düşüncə qabiliyyətini möhkəmləndirir.

altschool-1

Valideynlər 3 yaşlı uşaqlarının ipad və mouse istifadə etmə bacarığı ilə lovğalana bilərlər. Amma, Eagle düşünür ki, Google və digər axtarış mühərrikləri intellekti ən aşağı səviyyədə olan insanın da rahatlıqla istifadə edə biləcəyi qədər sadədir. Buna görə də, uşaqların böyüyəndə texnologiyadan istifadə etmək bacarıqlarından əksik olması kimi bir hal ola bilməz. Bununla yanaşı, əsl əhəmiyyətli olan isə uşağın ədəbiyyat, riyaziyyat, fundamental elmlər, əl bacarıqları, vizual sənətlər və s. kimi şeyləri uşaq yaşlarında öyrənmələridir. Bunlar isə virtual əldə edilən bacarıqlar deyil. Waldorf sistemi texnikasız təhsil metodları ilə ömür boyu davam edən öyrənmək istəyi, yaradıcılıq, insanlararası güclü əlaqə və tənqidi düşüncə kimi bacarıqların yaradılmasını hədəfləyir. Bu yanaşmanı müdafiə edənlər isə, sübut olaraq şagirdlərin imtahanlarda əldə etdikləri yüksək nəticələri göstərirlər.

kids-music

Uşağın kompüterin qarşısına oturtmağı və mouse istifadə etmə bacarığı ilə lovğalanmağı bir kənara qoymaq, bunun əvəzinə ona tikiş tikmək, qayçı istifadə etmək, rəngli xəmirlərdən fiqurlar yaratmaq kimi daha çox intellekt tələb edən təcrübələr keçirməkdə dəstəkləmək daha yaxşı olar.

Mənbə: Pahoo.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir