Search
samsunq elektroniks

“Samsung Electronics” üç ayda 7 milyard dollar gəlir əldə edib

Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin 2014-cü ilin birinci rübündə xalis gəliri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq 7,57 trilyon von (7 milyard dollardan çox) təşkil edib. Mincom.gov.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir. Hesabat dövründə istehsalçının mədaxili 1,5 faiz artaraq 53,68 trilyon von (52 milyard dollar) olub. Əməliyyat gəliri 3 faiz azalıb və 8,49 trilyon vona (8,2 milyard dollar) enib. Bu göstəricidə ardıcıl ikinci rübdür azalma qeydə alınır. Bununla yanaşı, şirkətin ümumi gəlirinin 60 faizini təşkil edən mobil biznesin əməliyyat gəliri 1,2 faiz – 6,43 trilyon vonadək (6,2 milyard dollar) azalıb. “Bloomberg” agentliyinin məlumatına görə, “Samsung Electronics”in 2014-cü ilin birinci rübündə xalis gəliri 6,75 trilyon von səviyyəsində göstərici gözləyən analitiklərin proqnozlarından yüksək olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir