Search
1314800714_seminar

Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir

Sentyabrın 28-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Hirkan qəsəbəsində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

“Biznes planların və investisiya layihələrinin hazırlanması”, “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzularını əhatə edən treninqdə biznes ideyanın yaradılması, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi, biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir