Search
Training program 690x263

Sahibkarlar maarifləndirilir

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Biləsuvarda, Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Mingəçevirdə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib. Bu barədə Banknews-a Nazirliyin mətbuat xidməti məlumat verib.

“Sənaye və istehsal sahələrinin idarə edilməsi”, “Kənd təsərrüfatında logistika”, “Sənayedə brendləşmə”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularında təşkil edilən treninqlərdə brend məhsullar, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, brend məhsulların bazarlara çıxarılması, brendlərin dizaynının təkmilləşdirilməsi, logistik idarəetmə, logistik mərkəzlərin yaradılması, biznes ideyanın formalaşdırılması, biznes planların hazırlanması və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bununla yanaşı, tədbirlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə də geniş məlumat verilib.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir