Search
70540

Rus banklarının reytinqi düşdü

Beynəlxalq reytinq agentliyi “Fitch” Rusiyanın 15 bankının reytinq üzrə proqnozunu “sabit”dən “mənfi”yə salıb. 

“kreditxeber” anspress-ə istinadən xəbər verir ki, bunların sırasında “Sberbank”, “Rosselxozbank” (RSXB), “Alfa-bank”, “Qazprombank” və “Vneşekonombank” da var. “Fitch” həmçinin Rusiyanın milli klirinq mərkəzinin, “Rosaqrolizinq”in və dövlət banklarının bir neçə törəmə qurumunun reytinqini aşağı salıb.

Eyni zamanda, martın 21-də “Fitch” Rusiyanın öz reytinqi üzrə proqnozu “sabit”dən “mənfi”yə endirib. Bu zaman Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına və biznes mühitinə potensial təsirinə əsaslanılıb.


TAG


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir