Search
rabitabank_123_1

Rabitəbank son bir ildə

Son 12 ayda “Rabitəbank” ASC-nin verdiyi kreditlər artmasa da, Bankda ödəmə vaxtı keçmiş kreditlər artıb.

31 Mart 2016-cı il tarixinə bankda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 12 milyon 718  min manat təşkil edib. Bu məbləğ, bankın eyni tarixə 208 milyon 967 min manat olmuş kredit portfelinin 6,1%-nə bərabərdir.

Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə (31.03.2015) “Rabitəbank”ın 231 milyon 644 min manatlıq kredit portfelinin 11 milyon 114 min manatının və ya 4,8%-nin ödəmə vaxtı keçmişdi.

Müqayisə olunan dövrdə, Bankın kredit portfeli 9,8% azaldığı halda, problemli kreditlər 14,4% artıb.

Vaxtı Keçmiş Kreditlərin məbləği və kredit portfelində xüsusi çəkisi, min manat

  31.03.2015 31.03.2016
  Kredit Portfeli

   231644

   208967
  Vaxtı Keçmiş kreditlər     11114     12718
  Kredit portfelində çəkisi, %-lə       4,8       6,1

GƏLİRLƏRİ AZALIB, XALİS MƏNFƏƏTİ CÜZİ OLUB

Qeyd edək ki, “Rabitəbank” ASC 2016-cı ilin 1-ci rübünü 12 min manat xalis mənfəət ilə başa vurub. Birinci rübdə bankın cəmi gəlirləri 11 milyon 142 min manat təşkil edib (Ötən ilin eyni dövründə 14 milyon 542 min manat olmuşdu, azalma 23,4%).

Bank əməliyyat mənfəətinin 2  milyon 675 min manatını ehtiyatların yaradılmasına ayırdığından xalis mənfəət cüzi olub.

Ötən ilin ilk rübü ilə müqayisədə “Rabitəbank”ın faiz gəlirləri 13,6%, qeyrifaiz gəlirləri isə 54,7% azalıb.

Mənfəət və zərər hesabatı (min manatla)

Göstəricilər

31.03.2015

31.03.2016

Faiz gəlirləri

9 903

8 555

Faiz xərcləri

3 669

4 867

Xalis faiz gəlirləri

6 234

3 688

Qeyri – faiz gəlirləri

4 639

2 587

Qeyri – faiz xərcləri

499

710

Xalis qeyri – faiz gəlirləri

4 140

1 877

Cəmi xalis gəlirlər

10 375

5 566

İnzibati xərclər

3 120

2 878

Ehtiyatlar

6 260

2 675

Mənfəət (vergidən əvvəl)

998

12

Xalis mənfəət

998

12

 KAPİTALI AZALIB

Ötən ilin Mart ayının sonundan bu ilin Mart ayının sonuna qədər olan dövrdə, “Rabitəbank”ın aktivləri 105 milyon 836 min manat və ya 32,8% artaraq 428 milyon 161 min manata çatıb. Aktivlərin artmasının əsas səbəbi Bankda likvid aktivlərin 2,6 dəfə artaraq 172 milyon 855 min manata yüksəlməsidir. Eyni dövrdə Bankın cəmi kapitalı 1 milyon 530 min manat azalaraq 58 milyon 37 min manata düşüb.

BALANS (min manatla)

Göstəricilər

31.03.2015

31.03.2016

Likvid aktivlər

65095

172855

Kredit portfeli

218288

190469

Banklararası kreditlər və depozitlər

10221

24882

Qiymətli kağ. investisiyalar

10669

12645

Əsas vəsaitlər

6814

7437

Digər aktivlər

11238

19872

Aktivlər

322325

428161

   
M.İ (qısamüddətli)

3257

210

M.İ (uzunmüddətli)

36912

73243

Müştərilərin cari hesabları

41984

75586

Müştərilərin müd. depozitləri

170961

209685

Digər öhdəliklər

7705

11400

Öhdəliklər

260818

370124

Səhmdar kapitalı

48500

48500

Ötən ilin mənfəət/zərəri

3437

3278

Cari ilin mənfəət/zərəri

998

12

II dərəcəli kapitalın digər elementləri

7106

12743

Cəmi kapital

59567

58037

Cəmi öhdəliklər və kapital

322325

428161




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir