Search
Rabite bank

“Rabitəbank”-dan yeni layihə

“My Azerbaijan”  layihəsinin müəllifi, tanınmış fotoqraf Orxan Aslanov ilə birgə “Səyahət Sizdən, Xəzinə Bizdən” adlı yeni layihə təqdim edir.

Bankdan  verilən xəbərə görə, “My Azerbaijan” layihəsinin məqsədi, Orxan Aslanov və onun komandası tərəfindən Azərbaycanı gəzib-dolaşaraq, valehedici təbiətindən tutmuş tarixi və unudulmaz məkanlarına kimi bütün ucqar guşələri ilə Azərbaycanı fərqli, tamamilə adət edilməmiş şəkildə təsvir etməkdir. “Rabitəbank” bu layihəyə qoşulduqdan sonra hər kəsdə Azərbaycanın gözəl, əsrarəngiz, səfalı bölgələrinə səyahət etmək üçün əlavə bir səbəbdə yaradacaq. Layihə çərçivəsində istənilən şəxs  Azərbaycanın bölgələrində  gizli xəzinəni taparaq “Rabitəbank”dan pul mükafatı və “My

Azerbaijan” layihəsindən bir sıra hədiyyələr qazanmaq imkanı əldə edəcək.

Orxan Aslanov və onun ekstremal komandası yola düşərək Azərbaycanın bölgələrində xəzinəni gizlədəcəklər. İştirakçılar “Rabitəbank”ın və Orxan Aslanovun şəxsi Facebook səhifəsini izləyərək, xəzinənin yerini öyrənib onu tapmağa cəhd göstərəcəklər.

Layihə haqqında daha ətraflı məlumatı “Rabitəbank”ın Facebooksəhifəsindən

https://www.facebook.com/rabitabank/?fref=ts, həmçinin Orxan Aslanovun

Facebook https://www.facebook.com/AslanovOrkhan/?fref=ts və Instaqram @myazerbaijanaz səhifələrindən əldə etmək olar.

“Rabitəbank” ASC artıq 22 ildir ki, Azərbaycanın maliyyə bazarında uğurla fəaliyyət göstərməkdədir. Bank aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycanın ən  şəffaf  5 bankı sırasına daxil edilən, etibarlı və dinamik inkişaf edən maliyyə institutu kimi böyük nüfuza malikdir. Fəaliyyət göstərdiyi  illər ərzində “Rabitəbank” ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filialdan və 1 şöbədən  ibarət filial şəbəkəsini yaradıb.  Kiçik və orta sahibkarlığın əsas tərəfdaşı kimi ölkədə fəaliyyət göstərən “Rabitəbank” müxtəlif istiqamətlərdə həm fiziki, həm də hüquqi şəxslərə maliyyə xidmətlərini göstərməkdə davam edir. apa.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir