Search
rb

“Rabitəbank” ASC “Zolotaya Korona” sistemi üzrə xidmətləri dayandırıb

Azərbaycanın “Rabitəbank” ASC “Zolotaya Korona” təcili pulköçürmə sistemi üzrə xidmətləri dayandırıb.

Bankdan verilən məlumata görə, bu qərar bankın “Zolotaya Korona”  sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlığın səmərəliliyinin az olması ilə bağlıdır.

Qeyd edək ki, “Rabitəbank” ASC əhaliyə dünyanın istənilən nöqtəsinə pul köçürmələri üzrə  müxtəlif növ xidmətləri təklif edir. Müştərilər “Western Union”, “Contact”, “Bıstraya Poçta”, “Blizko”, “Lider”, “Monex”, “Caspian Money Transfer”, “IBA Express” təcili pul köçürmə sistemləri vasitəsi ilə vəsait köçürə və ala bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir