Search
10125533-2-b2517bf533faa7ce93769917c0b0e49b

Qrupla, Yoxsa Fərdi Hazırlaşmalı? – Seçim Etmək üçün Hərtərəfli Bələdçi

Qrup və ya fərdi dərslərdən hansının daha yaxşı olması barədə hər hansı bir standart qaydaya rastlanmır. Əgər yeni dil , bacarıq və ya alətdən istifadəni öyrənirsizsə, bunun ən yaxşı yolunu bilmək lazımdır. Bəziləri üçün fərdi qaydada alınan dərslər yaxşı nəticələr verirsə, digərləri üçün də qrup dərsləri faydalı olur. Bu həm də öyrənilən dərsin tərkibindən, təbələlərdən gözlənilənlərdən və onların öyrənməyə istəkli olub-olmamasından da asılı olur.

Ümid edirik ki, bu gün nəzərdən keçirəcəyimiz bu mövzu sizə daha əsaslı qərarlar vermək üçün köməkçi olacaq.

Qrupla öyrənməyin müsbət və mənfi tərəfləri

Qrupla öyrənməyin müsbət və mənfi tərəfləri

Qrupla öyrənməyin müsbət tərəfləri

·  Sinif mühitində qrup üzvlərinin bir-birinə qarşılıqlı təsiri baş verir və bu da nəticə etibarilə tələbənin motivasiyasını artıra bilər.

·  Münasib abu-hava və ətraf mühit təmin olunsa qrupdakı insanlar bir-birilərini dəstəkləyə bilirlər.

Qrupla öyrənməyin mənfi cəhətləri ;

· Qrup mühitində tənbəlləşməyin asanlığı üzvlərdən daha məsuliyyətli olmağı tələb edir.

· Çətinlik çəkənlər üçün dərs çox sürətli,  rahat qavrayanlar üçünsə çox zəif gedir.

· Tələb əvaxtında dərsdə olmaq üçün öz qrafiki üzərində işləməlidir.

·  Bircə pozucu element belə qrup işini zəiflədə bilər.

Fərdi öyrənməyin müsbət və mənfi cəhətləri

Fərdi öyrənməyin müsbət və mənfi cəhətləri

Fərdi öyrənməyin müsbət cəhətləri:

· İnsanlar fərdi dərslərdə adətən daha tez öyrənirlər. Bu həm də, ümumilikdə dərs xərclərini azaltmağa kömək edə bilər.

· Tələbə ilə müəllimin birəbir ünsiyyəti dərsə adaptasiyanı asanlaşdırır.

· Özəl dərslər tələbə və müəllimin birincinin məqsədlərinə köklənməsinə imkan verir.

Fərdi öyrənmənin mənfi cəhətləri:

· Uzun müddət yalnız dərsə fokuslanmaq çətinlik yarada bilər.

· Fərdi dərslər çox xərc tələb edə bilər.

· Doğru müəllimi seçmədikdə müəllimlə tələbənin toqquşan təbiətləri ümumi prosesə mane ola bilər.

Seçim etmək üçün hər iki variantı diqqətlə nəzərdən keçirməlisiniz

Seçim etmək üçün hər iki variantı diqqətlə nəzərdən keçirməlisiniz

Şagirdlərin məcburi qaydada eyni sinifdə əyləşdiyi qrup dərsləri illər boyunca dövlə tməktəblərində işə yarayıb. Bu zaman bir müəllimin 10-30 arası şagirdə dərs dediyi bu şəraitdə uşaqlar müəllimin diqqətini bölüşdürməli olurlar. Necə deyərlər , bu halda  “sən ancaq ən zəif şagird qədər surətli öyrənə bilərsən”, yəni, sən əgər tez öyrənmə arzusu ilə alışıb-yanan həvəsli birisənsə qrup təcrübəsi səni pərişan edə bilər.

Digər yandan, qrup mühitində qarşılıqlı əlaqələr və öyrənilənlərin paylaşılması şagirdlər üçün faydalı ola bilər. Başqalarının güclü və zəif tərəflərini görmək qrup üzvlərində özünəinamı formalaşdırmağa kömək edir. Kiminsə çətinlik çəkdiyinin şahidi olmaq insanı rahatladır, çünki beləliklə onlar nəyisə səhv etməkdə və ya yanlış anlamaqda utanılası bir şey olmadığını görə bilirlər.

Özəl dərs almağın yüzlərlə faydalarından əsas biri də budur ki, bu dərs zamanı bütün diqqətini bir tələbəyə yönəldən müəllim onun ehtiyaclarını , qabiliyyətini və məqsədlərini anlaya bilir. Həvəsli və ya həvəssiz tələbə olmağından asılı olmayaraq özəl dərs almaq nəzərə çarpacaq dərəcədə surətli öyrənməyə kömək edir, hansı ki, bunun qrupla fitnes məşqləri əvəzinə fərdi məşqçi ilə daha yaxşı nəticələr əldə etməkdən fərqi yoxdur.

Yaxşı xəbər odur ki, xüsusilə də misal üçün internet üzərindən bütün dünyadan olan müəllimlərdən onlayn dil dərsi almağın mümkün olduğu hallarda ayrıca müəllimlə çalışmaq siniflə hazırlaşmaqdan daha ucuz başa gələ bilər. Çünki bu zaman məktəblərin üzləşdiyi heyət və bir sıra ümumi xərcləri qarşılamaq kimi problemlərindən qaynaqlanan “şişmə” qiymətlər əmələ gəlmir.

Hansını seçməlisiniz?

Hansını seçməlisiniz?

Burada doğru və ya yanlış cavab yoxdur. Əsas məsələ hansının sizə daha lazımlı olması və ən yaxşı hansı yolla öyrəndiyinizə bələd olmanızdır. Üstəlik, onlayn öyrənəcəksizsə, fərdi və qrup dərsləri arasında qiymət fərqi də elə çox olmur.

Əgər siz kollektiv mühitdə rahat baş açan həvəsli tələbəsinizsə və başqaları ilə qarşılıqlı ünsiyyətdə olmaq sizin xoşunuza gəlirsə o zaman qrup sizin üçün ən yaxşı seçim olar. Yox əgər, sizin sıx qrafikiniz varsa və fərdi qaydada dərs almağın məsuliyyətini götürmək istəyirsinizsə özəl dərslər sizə uyğun variantdır.

Pahoo.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir