Search
stock_birja_150113

Qiymətli kadrların gedişinin qarşısını necə almalı?

Kadrların gedişi əksər şirkətlər üçün ciddi problem olaraq qalır. BlessingWhite konsaltinq şirkətinin apardığı araşdırmaya əsasən, işdən çıxmaq barədə fikirləşən işçilərin 26%-i buna səbəb kimi hazırki iş yerində perspektivin olmamasını qeyd ediblər. Bu, müdirdən xoşları gəlmədiyinə görə işdən çıxmağa hazır olanlardan üç dəfə çoxdur.

Şirkətdən kadr axınını azaltmaq üçün bir neçə məsələyə diqqət yetirilməlidir. İşçilər üçün karyeraları vacibdirsə, rəhbərlər üçün də bu vacib olmalıdır. İşçilərinizdən sonuncu dəfə nə vaxt karyera gözləntilərini soruşduğunuz barədə düşünün. Onlarla bir ildən sonra özlərini harada gördüklərini müzakirə etmisinizmi, məqsədlərinə çatmaqda onlara necə kömək edə bilərsiniz? Araşdırmada göstərilib ki, insanların şirkətinizdəki uzunmüddətli perspektivlərdə maraqlı olmaları möhkəm münasibətlərin qurulmasının zəminidir.

Hərçənd, danışıqlar kifayət deyil, son nəticədə konkret tədbirlər lazımdır. İşçilərə elə tapşırıqlar vermək vacibdir ki, onların sayəsində inkişaf edə bilsinlər. Telekonfransların təşkili kimi sadə şey nəinki insana təlim keçməyə imkan yaradacaq, həm də rəhbərin vaxtını artıracaq. Hamı qazanacaq.

Baha başa gəlməyən, amma fayda verən şeylər var. Heç də bütün təlimlər bahalı rəsmiyyət deyil. Baha başa gəlməyən işləri – məsələn, daxili korporativ saytda təlim materiallarını yerləşdirmək – də görmək mümkündür.

Amma sizdən asılı olmayan amillər də var. İşçilərlə işəgötürənlərin qarşılıqlı münasibətlərinin təbiəti dəyişib. Bir çox sahələrdə işçilərin 20%-ə qədəri qismən məşğulluq, yaxud müqavilə üzrə işləyirlər. Bu kateqoriyadan olan şəxslər artım perspektivi görmədikdə, böyük ehtimalla, şirkəti tərk edə bilərlər. İş axtaranlara müsahibə zamanı onlarla karyera imkanları barədə dürüst danışmaqla vəziyyəti bir qədər asanlaşdırmaq və aydınlaşdırmaq mümkündür. Ya da, heç olmasa, müsahibədən sonra bu insanın hansı müddətdə şirkətinizdə işləyəcəyini təsəvvür edə biləcəksiniz.

Şirkətinizdəki istedadlı, amma hədsiz iddialı işçiləri heç də hər şey qane etmirsə, onları saxlamaq çətin olacaq. Eyni zamanda, onlar da komandaya motivasiyasız işçilər kimi mənfi təsir edə bilərlər. Halbuki, işçilərə karyera perspektivlərini bilmək imkanı verilsə, bu, şirkətinizdə düzgün yerlərdə lazımlı şəxslərin işləyəcəyinə səbəb olacaq. biznesjurnal

Wayne Trumel – Harvard Business Review




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir