Search
express bank

“Qış Möcüzəsi” davam edir

Expressbank bank kartlar üzrə Visa ilə birgə keçirdiyi “Qış Möcüzəsi” aksiyasını davam etdirir. Aksiya 20 mart 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə, ay ərzində ən çox həcmdə nağdsız ödəniş edənlər planşet, ən çox sayda nağdsız ödəniş edənlər smartfon, ümumi ödənişləri 100 AZN-dən az olmamaqla minimum 3 ödəniş edənlər isə flash card qazana biləcəklər.

Qeyd edək ki, müştərilər Visa Electron kartını 6 AZN, Visa Classic kartını isə 8 AZN-ə əldə edə bilərlər. Müştərilər hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold, 800 AZN ilkin mədaxillə isə Visa Platinum kartlarını filiallarda və ya onlayn sifariş edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.

Expressbank geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro və Böyük Britaniya funtu) bank kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir. Hesabda olan məbləği Expressbank bankomatlarında nağdlaşdıran zaman heç bir komissiya tutulmur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir