Search
ban

Qərb Rusiyanın bank sistemini çökdürür: Azərbaycana da təsirləri var

banUkraynanın Mariupol şəhərinin rusiyameylli separatçıların mövqelərindən atəşə tutulması və mülki sakinlərin həlak olmasından sonra Qərbin Rusiyaya qarşı sanksiyalarının dərinləşəcəyi deyilir. Rusiyaya qarşı yeni tədbirlərin nədən ibarət olacağı hələlik məlum deyil, ancaq Qərb Rusiyanın beynəlxalq ödəmə sistemi SWIFT-ə çıxışını qadağan edə bilər.
Qeyd edək ki, SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz. Məlumat üçün qeyd edək ki, Brüsseldə yerləşən SWIFT sistemi (Society for Worldwide Interbank Financial Telecom-munication) 1973-cü ildə yaradılıb. İl ərzində onun vasitəsilə 1,8 milyard xəbər ötürülür. SWIFT hər gün 6 milyard dollar məbləğində ödənişli tapşırıqlar da ötürür. Onda 210-dan artıq ölkədən 10 mindən artıq maliyyə təşkilatı iştirak edir. Rusiya Mərkəzi Bankı da daxil olmaqla Rusiyanın 600-dən artıq bankı SWIFT-lə işləyir.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki,Rusiyaya qarşı tətbiq edilən sanksiyaların kuliminasiya nöqtəsi, maliyyə-bank sektoruna vurulacaq zərbədir: “Rusiya rəsmiləri qəti şəkildə səy göstərirlər ki, bu məsələnin qarşısını alsınlar. Müxtəlif məzmunlu bəyanatlar verərək bunu önləməyə çalışırlar. Lakin son günlər Rusiyanın Ukraynada apardığı hərbi siyasət onu deməyə əsas verir ki, artıq Rusiyanın beynəlxalq ödəniş sistemindən kənarlaşdırılması qaçılmazdır. Rusiya üçün sanksiyaların ən sərt dalğası gözlənilir. Rusiya maliyyə-bank sektoruna sistemdən kənarlaşdırılması ilə bağlı artıq Avropa Birliyində, o cümlədən ABŞ-da müzakirələr gedir. Nəticədə Rusiya bank sistemi çökəcək.”
Ekspert bildirdi ki, Rusiyanın əks addımları isə heç bir nəticə verməyəcək: “Adekvat olaraq Rusiya son günlər qızıl alışını artırıb. Bunun vasitəsilə mal və xidmətlərin idxalına gələcəkdə gözlənilən təhlükənin qarşısını almağa çalşırılar. Düşünmürəm ki, bu Rusiyanın vəziyyətdən çıxmasına kömək edəcək. Rusiya bu gün həqiqətən də çox ciddi maliyyə sıxıntıları yaşayır. Əgər bu baş verəcəksə, Rusiyanın bank sektoru ciddi dividend itirəcək, gəlirsiz bir sahəyə çevriləcək. Ola bilsin ki, dövlətdən böyük həcmdə dəstək istənilsin. Bu da Rusiya dövləti üçün əlavə maliyyə yükü yaradacaq.”
Digər tərəfdən isə Rusiya xarici ticarətdə ciddi problemlərlə üzləşəcək: “Rusiyanın xarici ticarətində ciddi əngəllər ortaya çıxacaq. Bu gün Rusiya ixrac etdiyi məhsulların dəyərini banklar yolu ilə ala bilirsə, sabah bu, ciddi problemə çevriləcək. Və bu məhsulların əvəzini nağd pul şəklində ala bilmədiyi təqdirdə, böyük ehtimalla bu, Rusiyanı defolta aparan ən sərt addım olacaq.”
Rusiyanını beynəlxalq ödəniş sistemindən kənarlaşdırılması Azərbaycana da təsirsiz ötüşməyəcək: “Neft Fondunun Rusiya kapitallı VTB bankında 500 milyon dəyərində payı var. Təbii ki, Rusiyanın SWIFT beynəlxalq ödənişlər sistemindən kənarlaşdırılması nəticəsində, Rusiya bank sisteminin zərərə getməsi VTB bankın səhmlərinin kəskin şəkildə ucuzlaşmasına gətirib çıxaracaq. Düzdür, bu günə qədər bu proses davam edir. Artıq Neft Fondu Rusiyada olan investisiyalara görə zərər etməkdədir. Proses daha da sürətlənəcək. Rusiyada işləyən azərbaycanlıların gəlirləri, Azərbaycana göndərilən vəsaitlər, Rusiya və Azərbaycan arasında olan maliyyə köçürmələri ciddi problemə çevriləcək.”



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir