photo_89804

Qar haqqında – bilmədiklərimiz

Qarın gətirdiyi fəsadlar çox olsa da bir çoxları onu sevir. Bəzi ölkələrdə qarın yağması sevincə, bəzilərində təəccübə, bəzilərində isə kədərə səbəb olur. Məsələ qarın az və ya çox yağmasından asılıdır.
Daha çox uşaqların  səbirsizliklə gözlədiyi qar özündə tək 3 hərfi birləşdirmir.
Beləliklə,  sizə qar haqqında maraqlı faktları təqdim edəcəyik.
1. Çox saylı tədqiqatlar nəticəsində Yer üzündə bir qar dənəciyinin o birisinə bənzəmədiyi aşkarlanmışdı;
2. Hər bir qar dənəcəyi 95% havadan ibarətdir. Məhz buna görə onun enmə sürəti bu qədər azdır- saatda 0,9 kilometr;
3. Qar ağ rəngdə olur. Çünki havadan ibarətdir və qar dənəciklərinə düşən işıq müxtəlif tərəflərə əks olunur;
4. Qışda qar 90% günəş şüalarını əks etdirir və yerə isinməyə imkan yaratmır;
5. Dünyada ən böyük qar dənəciyi 1987-ci ilin 28 yanvarında ABŞ-da aşkar olunmuşdu. Onun diametri 38 sm. təşkil edirdi.
Qeyd edək ki, orta hesabla qar dənəciyinin ölçüsü 5 mm. təşkil edir;
6. 2 dərəcə temperaturda qarın üstünə çıxanda qara xas xırçıltı səsini eşitmək olar. Bu xırçıltı səsi bir birinə sürtülən və sınan qar dənəcəkliri əmələ gətirir;
7. Qar Selsi ilə 0 dərəcə temperaturda əriyir;
8. Suya düşən qar balıqlar üçün xoşagəlməz və yüksək tezlikli səs çıxardır. İnsanlar həmin səsi eşitmirlər;
9. Bir  hektarlıq sahədə 1 sm. qar örtüyü 30 kub metr su verir;
10. Yer üzünün əhalisinin böyük bir hissəsi isə həyatlarında bir dəfə belə olsun qar görməyiblər.
Eurasiadiary



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir