Search
14714311362200661473_1000x669

“Qafqaz İnkişaf Bankı”nda və “Atrabank”da sığorta hadisəsi baş verib

Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba istinadla bildirir ki, “Qafqaz İnkişaf Bankı” ASC-də və “Atrabank” ASC-də sığorta hadisəsi baş verib.

Fonddan bildiriblər ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq avqustun 16-sı qeyd edilən banklarda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində “Qafqaz İnkişaf Bankı” ASC və “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

AzərTac




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir