Search
qiymetli_kagizlar_uzre_dovlet_komitesi_bina_150114

“Qafqaz İnkişaf Bankı” kapitalını təqribən 13 faiz artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Qafqaz İnkişaf Bankı” ASC-nin 7 milyon manat dəyərində adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 manat olan 7 milyon səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində “Çelsi Kapital” MMC çıxış edir.

Səhmlərin yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 12,73 faiz artaraq 62 milyon manata çatacaq.

Qeyd edək ki, cari ilin I yarısının yekunu üzrə bankın nizamnamə kapitalı 55 milyon manat, məcmu kapitalı 60,32 milyon manat, aktivləri isə 132,98 milyon manat təşkil edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir