Search
pul dollar

Pul xoşbəxtlik gətirir..Amma doğru xərcləndiyində

Bəzi müzakirələrin hec ardı arası kəsilməz. Pul-xoşbəxtlik arasındakı əlaqə də bunlardan biridir. Nəticə isə: Pul xoşbəxtlik gətirir, bəli. Amma yalnız doğru xərcləndiyində. Araşdırmalar göstərir ki, ‘almaq’ yerinə ‘etmək’ bizi xoşbəxtliyə aparan bir mövqedir. Onsuzda özünü yaxşı hiss edən insan da pulunu daha çox məqsədəuyğun xərcləyir. Sual: Pul xoşbəxtlikdən çıxar,yoxsa xoşbəxtlik puldan? Cavabı düşündük…
Ayaqqabı, çanta, ətək, çox havalı bir köynək. Fərq etməz. Yeni bir şey almaq insanı təbiiki xoşbəxt edər. Çoxmu ehtiyac var sanki? yox canım. Amma almaq üçün yenə də, gözlərim parlayar. Özümü bir şey sanarıq. Sanki heç bir şey əvvəlki kimi olmayacaq . Yarım saat qədər davam edən bu həyəcan. . Evə gəlirəm.Onu şkafdakı digər yoldaşlarının yanına qoyub qapağı bağladığımda hər şey normallaşmağa başlayır. Super güclərini itirir. Hətta bir müddət sonra onu aldığımı unuda bilirəm. Bu hərəkətimlə xoşbəxt etdiyim əslində mənəmmi yoxsa mağaza sahiblərimi? Yaxşı, yaşadığım o yarım saatlıq keçici adrenalin halının adı “xoşbəxtlik” ola bilərmi? Əgər xoşbəxtliksə, bu qədər uçucu olmağa haqqı varmı? Xoşbəxt olmanın meyarı puldur? O halda evimizdə təmizliyə kömək edən xala niyə səndən, məndən, bizdən dahaçoc xoşbəxtdir? Niyə bütün Hollywood ulduzlarından daha şən yaşayar? Pul, əlbəttə lazımlıdır. Onun sayəsində sağlamlıqla maraqlana bilmək, tətilə çıxa bilmək, rahatlıq nəyisə tapa bilmək lüks həyata sahib olmaq olar. Amma ən çox pulu olan adam qətiliklə ən xoşbəxt olan deyil.
Onsuzda xeyli çox araşdırmanın nəticəsi də bunu təsdiqləyir: Təməl ehtiyaclarını qarşılaya bilən, kənara yaxşı bir miqdar pul qoya bilən insanlarla həddindən artıq varlılar arasında xoşbəxtlik baxımından haradasa heç fərq yoxdur. Çünki pul, xoşbəxtlik gətirir, bəli, amma qismən. Ancaq doğru xərcləndiyində. Amma doğru xərcləmək nə demək? Pul,əşyaları paltarları deyil, xəyalları reallaşdırmağa, xatirələr yığmağa və başqalarına faydalı olmağa yaradığında xoşbəxtlik verir. Və bu şəkildə həyatını dolduran insan xoşbəxt olur; xoşbəxt insan da dərmanı onsuzda alış verişdə axtarmır. Tox insanın süpermarketə gedincə çox məntiqli alver edə bilməsi kimi; xoşbəxt insan da pul xərcləyərkən mənasız şeylər etmə gərəyi duymur. Qısa deyil, uzun vədəli düşünməyi bacara bilir. . Əyər pulunuz çoxdursa pulun sizi deyil sizin pulu idarə etməsini




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir