Search
tumblr_inline_nhr1d0r2wd1t24irp

Proqramlaşdırma üzrə ekspert – Vakansiya

Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti 1994-cü ildə yarandığı andan bu günə kimi öz fəaliyyətinin bir neçə fundamental istiqamətinə sadiq qalır. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir.

Bank of Baku” bir çox bank məhsul və xidmətlərinin Azərbaycanda tətbiqində və dünyanın qabaqcıl bank təcrübəsinin ölkədə yayılmasında “pioner” rolunu oynayıb. Məhz “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi və s.

Cəmiyyət qarşısında öz məsuliyyətini dərk edən “Bank of Baku” çoxsaylı sosial layihələr həyata keçirir. Təhsil sahəsində əməkdaşlığa, həmçinin xüsusi qayğıya ehtiyacı olan insanlar üçün müxtəlif layihələrin həyata keçirilməsinə prioritet diqqət yetirilir. Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.

Vəzifə: Proqramlaşdırma üzrə ekspert
Struktur bölmə: İT və Ödəniş Sistemləri/İnkişaf şöbəsi

Vəzifəinin əsas məqsədi

Proqram təminatının yaradıması; proqram təminatının testləşdirilməsi və aşkar olunan nöqsanların aradan qaldırılması

Seçim meyarları

 Ali təhsil
 Sahə üzrə 3-5 il iş təcrübəsi
 Azərbaycan və rus dilləri – əla, ingilis dilləri – yaxşı
 Yüksək səviyyəli dillərin birində (Java, C #, C ++, Delphi) 1+ il praktiki iş təcrübəsi
 Hər hansı məlumat bazasında (Oracle, MS SQL, PostgreSQL) 3+ il praktiki iş təcrübəsi
 Yüksək təhlil qabiliyyəti
 Təzyiq altında işləmə bacarığı

İş şərtləri

 Iş vaxtı: 5 iş günü, 09.00-18.00
 İş yeri: İnzibati Ofis

Müraciət üçün son tarix: 24/04/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini hr@bankofbaku.com ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində İT sözünü qeyd etməyi unutmayın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir