Search
hqdefault

“PayPal” nədir? – Hansı üstünlükləri var?

PayPal – internet üzərindən xidmət göstərən online ödəmə və ya bir növ elektron bankçılıq sistemidir. Bəs bu xidmətlərdən necə istifadə edilir? Gəlin izah edək.

PayPal kredit kartı vasitəsilə və ya kart yoxdursa, bank hesabı ilə online ödəmələrdə istifadə olunur. Belə ki, təşkilat Avropa Birliyi daxilində Lüksemburqda 2007-ci ildə kredit təşkilatı, Rusiya Federasiyasında isə 2013-cü ildə elektron pul vəsaitlərinin operatoru olaraq bank olmayan kredit təşkilatı lisenziyasını əldə etmişdir. Bir çox ölkələrdə, məsələn, Belçika, Almaniya, Avstriya, Fransa, İsveçrə, İngiltərə və ABŞ-da yerli veb saytlar vasitəsilə xidmət göstərən PayPal heç bir məhdudiyyət olmadan fəaliyyətdədir. Hal-hazırda “Paypal” təşkilatı tərəfindən sistemin istifadəçiləri olan Azərbaycan Respublikasının vətəndaşlarına ancaq ödənişlərin aparılması imkanı yaradılmışdır.

PayPal vasitəsilə onlayn ticarətdə (e-bay) ödəmələr edilə, sadəcə elektron poçt vasitəsilə bankda olan və ya PayPal-dakı hesabınızdan istədiyiniz şəxsə pul göndərilə bilər.

Bütün bu xidmətlərdən istifadə etmək üçün ilk növbədə PayPal-da qeydiyyatdan keçmək lazımdır. http://www.paypal.com adresinə daxil olduqdan sonra Sign Up hissəsindən  Personal və ya Business hesab növlərindən birini seçirik. Personal hesab şəxsi istifadə üçündür və sonradan hesabınızı inkişaf etdirərək, yəni hesabınızda olan pulun limitini artıraraq Premium-a da dəyişə bilərsiniz. Əgər işinizlə əlaqəli bütün ödəmələri PayPal-la yerinə yetirəcəksinizsə, bu zaman Business hesab növünü seçməyiniz məsləhətdir. Hesab növünü seçdikdən sonra tələb olunan hissələrdə bütün məlumatlarınızı dəqiq və düzgün yazaraq rahatlıqla qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat zamanı seçdiyiniz valyuta növündən fərqli valyutada əməliyyatlar apardığınız zaman komisyon haqlar tutulacaqdır. Qeydiyyatdan keçmə təsdiq olunduqdan sonra 24 saat ərzində istifadəçinin kartından 1,95 ABŞ dolları çıxılacaq. İstifadəçi hesabından istifadə etdiyi zaman ona ilk dəfə üçün limit olaraq 100 dollar təqdim olunacaqdır. Hesabı inkişaf etdirdikdən sonra istifadəçinin limiti artacaq.

Paypal cite

PayPal sistemində My Account-a daxil olaraq, istifadə edə biləcəyiniz bütün funksiyalar haqda öyrənə bilərsiniz. Bu funksiyalar:

Otherview– hesaba ümumi baxış. Add Credit Card (kredit kartı əlavə et) və Upgrade Account (Hesabı genişləndir) hissələrindən ibarətdir.

Add funds-daha çox ABŞ banklarında hesabı olan istifadəçilər üçün yararlıdır. Bu xidmət kredit kartı olmadan bank hesabından PayPal hesabına pul yükləmək üçün istifadə olunur.

Withdraw-Add funds funksiyasının əksi olaraq, PayPal hesabınızdan bank hesabınıza pul köçürmək üçündür.

History-keçən dövr ərzində həyata keçirdiyiniz bütün əməliyyatlara nəzarət etmək üçündür.

Resolution center-alınan məhsulların istifadəyə yararsız olması, pulu ödənilmiş xidmətin yerinə yetirilməməsi kimi yaranan problemlərin həlli ilə bağlı istifadə olunur. İnternet üzərindən aldığınız məhsullar satıcı tərəfindən əvvəlcədən bildirilən keyfiyyətdə olmazsa və ya sizə vaxtında çatdırılmazsa və PayPal əsaslandırmanızı qəbul edərsə, bu bölmədən istifadə edərək ödədiyiniz vəsaiti geri ala bilərsiniz. Bunun üçün sadəcə PayPal həmin vəsaiti satıcının hesabından tutaraq sizin PayPal hesabınıza yerləşdirir.

Send Money– pul göndərmək hissəsinə daxil olub, Pay Anyone və ya Pay for items seçimləri ilə əməliyyatları yerinə yetirə bilərsiniz. Pay Anyone fiziki şəxslərə pul göndərmək üçün istifadə olunur. Bu funksiyadan istifadə etmək üçün alıcı şəxsin elektron poçt adresini, alacağı məbləği və əməliyyatın həyata keçiriləcəyi valyuta növünü uyğun qrafalarda qeyd etmək kifayətdir. Pay for items funksiyası isə e-bay vasitəsilə alınan məhsullara ödəniş etmək üçündür.

Money request– bu  Send Money funksiyasının əksidir, belə ki, fiziki şəxslərdən elektron poçt vasitəsilə pul tələb etmək üçün istifadə olunur. Bu funksiyaya daxil olub pulu ödəməli olan şəxsin elektron poçt adresini yazaraq PayPal hesabınıza həmin şəxs tərəfindən ödənilməli olan pulun yüklənməsini təmin edə bilərsiniz.

Azərbaycan Banklar Assosiasiyasından BBN.az-a daxil olan məlumata görə, ölkədə elektron ticarətə artan marağı nəzərə alaraq, hal-hazırda PayPal-ın ölkəmizdə fəaliyyətinin genişləndirilməsi düşünülür.

BBN.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir