Search
pasha_bank_logo_aze_180712_0

“Paşa Bank”ın vaxtı keçmiş kreditləri portfelin 15 faizini ötmüşdür

 “Paşa Bank”ın portfel üzrə səmərəli ehtiyat dərəcəsi 6,2 faiz (2012-ci ildə 3,1 faiz) olmuşdur. Yerli normativ tələblərə uyğun olaraq, 2012-ci ildə bitən müddət üzrə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 10,93 faizdən artaraq 2013-cü ildə bitən müddət üçün 15,24 faiz təşkil etmişdir.

AzərTAc xəbər verir ki, “Paşa Bank”ın baş maliyyə inzibatçısı Şahin Məmmədov qeyd etmişdir ki, bu göstərici qurumun problemli kreditlərin işlənməsi üzrə daxili metodologiyasına əsaslanır və bankın kredit komitəsi və idarə heyəti tərəfindən ətraflı tədqiq edilir. Problemli kreditlərin əksər hissəsi (52 faiz) iki qrup kreditorlara aiddir ki, onlardan biri (23 faiz) 2013-cü ilin sonu üçün problemsiz kreditlərə çevrilmişdir. Bununla belə onların təmsil etdiyi sektorunda çətinliklərin olması faktlarını və çətin bazar şəraitini nəzərə alaraq və xüsusi müddət üzrə planlaşdırılan ödənişlərdə müsbət meyilləri gözləyərək bankın rəhbərliyi həmin kreditorların statusunu problemli kreditlərdən problemsiz kreditlərə dəyişməmək qərarını vermişdir. Daha bir problemli kredit (problemli kreditlərdə payı 29 faiz) üçün bank 100 faiz ehtiyat yaratmışdır.
“Bazar zəif olan dövrdə davamlı qalaraq və müştərilərə xidmət göstərərək biz son bir neçə il ərzində inkişaf etdirdiyimiz əlaqələrdən yararlanırıq. Nəticədə biz müştəri bazasında 302,817 min manat (386,000 min ABŞ dolları) balans ilə güclü inkişafa nail olmuşuq. Qeyd olunan müştəri balansları əsas tələbli və müddətli hesablarda müvafiq olaraq 61 faiz və 39 faiz nisbətində cəmlənmişdir (2012-ci il üçün müvafiq olaraq 58 faiz və 42 faiz)”,- deyə Şahin Məmmədov vurğulamışdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir