Search

“PAŞA Bank Georgia”nın Direktorlar Şurasının yeni sədri təyin olunub

“PAŞA Bank Georgia”nın Müşahidə Şurasının qərarı ilə bankın Direktorlar Şurasının yeni sədri təyin olunub.

“PAŞA Bank”dan Trend-ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər “PAŞA Bank”ın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı vəzifəsini tutmuş Şahin Məmmədov təyin olunub. Bu təyinata qədər “PAŞA Bank Georgia”ya Anar İsmayılov rəhbərlik edib, indi isə o, “PAŞA Bank”da yeni vəzifədə işini davam etdirəcək.

Ş.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsinin bakalavr pilləsini və magistraturasını fərqlənmə ilə bitirib, iqtisadiyyat üzrə fəlsəfə doktorudur, həmçinin İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (The Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

2003-cü ildən 2009-cu ilədək olan dövr ərzində bank sektorunda müxtəlif vəzifələrdə işləyib və auditor fəaliyyəti ilə məşğul olub. “PAŞA Bank”da karyerasına 2009-cu ildə Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsindən başlayıb. 2011-ci ildə Ş.Məmmədov bankın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı təyin olunub.

Ş.Məmmədov yeni vəzifəsinin icrasına 1 iyul 2014-cü ildən başlayacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir