Search
photo_21141

Panama artıq vergi cənnəti olmayacaq

Panama iş adamları və siyasətçilərin gizli hesablarını və yayındırdıqları vergiləri nümayiş etdirən sənədlərin sızmasından sonra, Beynəlxalq Vergi Hesabatı Standartlarına uyğun olmaq barədə qərar qəbul etdiyini açıqlayıb.

Belə ki, vergidən yayınmaya qarşı İngiltərə, Almaniya, Fransa, İtaliya və İspaniyanın Maliyyə nazirləri informasiya mübadiləsində olmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Almaniyanın Maliyyə naziri Volfqanq Sçeubli​ çirkli pulların yuyulması ilə əlaqədar olan insanların adlarının “milli qeydiyyat siyahısı”nda bölüşülməməsi üçün müraciət etmişdi.

Vergiylə bağlı məlumatları bölüşməyən ölkələrin cəzalandırılması lazım olduğunu qeyd edən Sçeubli: “Belə bir vəziyyətdə onları qara siyahıya alacağıq və onlarla keçiriləcək bəzi maliyyə əməliyyatları bundan sonra mümkün olmayacaq” demişdi.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş katibi Angel Gurrianın: “böyük gizləmə yeri” kimi səciyyələndirdiyi Panama rəhbərliyi isə, bu açıqlamadan sonra OECD ilə informasiya mübadiləsini sürətləndirmək üçün hazır olduğunu bildirmişdi.

Mənbə: Eurasiadiary




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir