Search
torpaqsahefermerkend

Pambıq və tütün əkini işləri nə yerdədir ?

Azərbaycan  üzrə pambıq və tütün əkini işlərinin gedişi barədə məlumat açıqlanıb. Aprelin 28-nə olan məlumata əsasən 24 rayonda 52 120 ha sahədə pambıq əkini üzrə torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanıb. İndiyədək 48 626 ha sahədə şum aparılıb, 26 374 ha sahədə çiyid səpilib. Nəticədə 5774 nəfər işlə təmin olunub.

Bundan başqa, 14 rayonda 1800 ha sahədə tütün əkini üzrə torpaq mülkiyyətçiləri ilə müqavilə bağlanıb. Məlumata əsasən, 1854 ha sahədə şum aparılıb, 649 hektarlıq sahəyə şitil köçürülüb.  Tütün əkini üzrə torpaq mülkiyyətçiləri ilə bağlanan müqavilələrə əsasən işlə təmin olunanların sayı  2439 nəfərə çatıb.

Mənbə: APA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir